Kibertəhlükəsizlik nədir?
Kibertəhlükəsizlik günümüzdə informasiya texnologiyaları dünyasının ən mühüm məsələlərdən biridir. Kompüter sistemlərinin, şəbəkələrin və elektron sistemlərin qorunması ciddi kiber hücum risklərinin mövcud olduğu bir zamanda daha da vacib hala gəlmişdir.
Kiber təhlükəsizlikdə məlumatların təhlükəsiz saxlanılması üçün müxtəlif metod və qabaqlayıcı tədbirlər görülür ki, bu da informasiya mühafizəsi, sistemlərin qorunması və mövcud olan məlumat təhlükəsizliyini təmin edir. Bu tədbirlərə xüsusi proqramlar və avadanlıqlardan istifadə etmək, onlayn təhlükələr haqqında şəxsləri maarifləndirmək, kiber təhlükə riskini azaltmaq üçün qaydalar və addımlar daxildir.
Kibertəhlükələr yalnız fərdi şəxslər üçün deyil, şirkətlər, dövlət qurumları və digər təşkilatlar üçün də əhəmiyyətli bir məsələdir.
Kibertəhlükəsizliyin əsas aspektləri:
- Məxfilik və məlumat müdafiəsi: İnternetdə məlumatları təhlükə altına ala biləcək müxtəlif risklər vardır. Kibertəhlükəsizlik xidmətləri məxfi məlumatların qorunmasına kömək edir.
- Xidmətlərin davamlılığı: İnternetdən istifadə edən bütün şirkətlər üçün kibertəhlükəsizlik xidmətləri çox əhəmiyyətlidir. Əməkdaşlarının, müştərilərinin və ictimaiyyətin tələblərinə cavab vermək məcburiyyətində olan şirkətlər üçün xidmətlərin davamlılığı və qorunması ictimai etibarın qorunmasına kömək edir.
- Təlim və tədbirlər: Şəxslərin kibertəhlükəsizlik prinsipləri və prosedurları haqqında kibertəhlükəsizlik təlimləri alması, potensial təhlükələrin müəyyən edilməsi və qarşısının alınmasında mühüm rol oynayır.
- Təhlükəsizlik yoxlamaları və qiymətləndirilmələri: İT infrastrukturunda sistem və proqram boşluqlarının, potensial risklərin müəyyən edilməsi üçün düzgün təhlükəsizlik yoxlamaları və qiymətləndirmələri aparılmalıdır.
Kiber hücum növlərinin bəzi nümunələri aşağıdakılar:
Phishing (Fişinq): Bu kiber hücum növündə kibercinayətkarlar istifadəçilərin məlumatlarını e-poçt, mətn mesajı və ya digər vasitələrlə ələ keçirməyə cəhd edirlər.
Malware (Zərərli Proqramlar): Bu kiber hücum növündə kibercinayətkarlar istifadəçilərin məxfi məlumatlarını ələ keçirmək, sistemləri məhv etmək, proqramları dayandırmaq və ya digər zərərli fəaliyyətləri yerinə yetirmək üçün bu taktikalardan istifadə edirlər. Zərərli proqramlar viruslar, trojanlar, ransomware, spyware və adware kimi bir çox fərqli formada olur.
Vishing (Vişinq): Vişinq kibercinayətkarların telefon zəngləri vasitəsi ilə həyata keçirdikləri bir kiber hücum növüdür. Bu hücum növündə kibercinayətkarlar özlərini bank və ya digər şirkət nümayəndəsi kimi təqdim edərək şəxslərin məxfi məlumatlarını əldə etməyə çalışırlar.
Ransomware: Bu hücum növündə kibercinayətkarlar istifadəçilərin fayllarını və sistemlərini şifrələyərək şifrənin açılması üçün pul tələb edirlər.
Kibertəhlükələrdən qorunmaq üçün bəzi tədbirlər:
- Güclü şifrələrin istifadəsi: Güclü şifrələrdən istifadə etmək kibertəhlükələrdən qorunmanın əsas hissəsidir.
- Yenilənmələr: Sistemlərin, antivirus proqramlarının və digər tətbiqlərinin vaxtında yenilənməsi yeni təhlükələrə qarşı müdafiəni gücləndirir.
- Məxfilik tədbirləri: Məxfi məlumatların düzgün şəkildə qorunması və yalnız lazım olduğu zaman paylaşılması vacibdir.
- Təlim və tədris: Şəxslərin kiber hücumlar haqqında mütəmadi olaraq maariflənməsi ən əhəmiyyətli qorunma tədbirlərindən biridir.
Fərdi istifadəçilərin və şirkətlərin məlumatlarını kibertəhlükələrdən qorumaq üçün vacib təhlükəsizlik tədbirlərinin görülməsi mühüm məsələdir. Bu, əməkdaşların kiber maariflənməsindən başlayaraq güclü şifrələrdən istifadə olunmasına, antivirus proqramlarının və şəbəkə təhlükəsizliyi protokollarının düzgün şəkildə quraşdırılmasına qədər uzanır.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.